Xəbərlər

ABŞ qüvvələri Husilərin pilotsuz vasitəsini məhv edib

ABŞ ordusu Husi hərəkatına məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin Husilərin nəzarətində olan bölgəsində İranın dəstəklədiyi Husilərə məxsus bir pilotsuz hava gəmisini (PUA) uğurla məhv edib”, – CENTCOM bildirib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra Husilər İsrail ərazisinə zərbələr endirəcəklərini, eyni zamanda da İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə qadağa qoyduğunu bildirib.