ABŞ Maliyyə Nazirliyi Rusiyanın A7 ödəniş sistemini, kriptovalyuta birjası “Garantex”in törəmə şirkəti olan “Grinex”i və bir sıra digər şirkətləri sanksiyalar siyahısına əlavə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə qərar idarənin saytında dərc olunub.
Verilən məlumata görə, ABŞ Maliyyə Nazirliyi 2019-cu ildən bəri 100 milyon dollardan çox əməliyyatlar həyata keçirərək, ABŞ-ın məlum kibercinayətkarları və zərərli proqram tərtibatçılarını birbaşa dəstəklədiyinə dair sübutları olduğu kriptovalyuta birjası “Garantex”ə yenidən sanksiya tətbiq edəcək.
Departamentin birjanın zərərli kiber fəaliyyətlərdə iştirakını dəstəkləməkdə ittiham etdiyi Rusiya və Qırğızıstanda fəaliyyət göstərən “Garantex”in üç rəhbərinə və altı filialına qarşı da tədbirlər görülüb.



