Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan çıxış edib.
O xatırladıb ki, ABŞ artıq Rusiyanın maliyyə sektoruna qarşı irimiqyaslı sanksiyalar tətbiq edib.
Bundan əlavə, Amerika prezidentinin köməkçisi ABŞ-ın 2025-ci il yanvarın ortalarına qədər Ukraynaya yüz minlərlə mərmi ötürmək planlarını açıqlayıb.