Xəbərlər

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

“Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantıları çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Qarşıdakı həftə ərzində Rusiyaya, o cümlədən ona hərbi baxımdan kritik töhfə verən üçüncü ölkələrdəki vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq ediləcək”, – nazir bildirib.