“Ankara hələ də Yaxın Şərqdə gərginliyin genişmiqyaslı müharibəyə çevrilməyəcəyinə inanır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Jef Fleyk deyib.
“Türkiyə Yaxın Şərqdə gərginliyin daha da artmayacağına ABŞ-dan daha əmin görünür”, – səfir bildirib.
Fleyk qeyd edib ki, ABŞ Türkiyə də daxil olmaqla İranla əlaqəsi olan bütün müttəfiqlərindən İranı gərginliyi azaltmağa razı salmağı xahiş edir.