Xəbərlər

ABŞ səfirliyi Ermənistana yardım etmək niyyətindədir

“Vaşinqton Ermənistan Müdafiə Nazirliyində Birləşmiş Ştatlar Ordusunun nümayəndəsini təyin etmək, bununla da Təhlükəsizlik sektorunun idarə edilməsinin təkmilləşdirilməsində İrəvana kömək etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyindən bildirilib.

Səfirlik qeyd edib ki, ABŞ Dövlət Departamentinin Qlobal Müdafiə İslahatları Proqramı strateji məsləhət dəstəyi göstərməklə daha dözümlü, effektiv və məsuliyyətli təhlükəsizlik qurumlarının formalaşmasında dünyadakı tərəfdaş ölkələrə dəstək verir.

Diplomatik korpus əlavə edib ki, ABŞ məsləhət dəstəyi vasitəsilə Ermənistana təhlükəsizlik sektorunun idarə edilməsinin təkmilləşdirilməsində yardım etmək niyyətindədir. Bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.