Xəbərlər

ABŞ səfirliyi öz vətəndaşlarını Gürcüstanda seçki günü diqqətli olmağa çağırıb

ABŞ-ın Gürcüstandakı səfirliyi respublikadakı amerikalılara elektron məktublar göndərərək onları parlament seçkiləri günü, oktyabrın 26-da insanların çox olduğu yerlərdən uzaq durmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Telekanalın əldə etdiyi məktubda deyilir ki, seçki günü kortəbii mitinqlər, eləcə də digər anti-hökumət tədbirlərin keçirilməsi mümkündür.

Diplomatik missiya amerikalıları izdihamlı yerlərdə sayıq olmağa, etirazların keçirildiyi yerlərdən qaçmağa, mitinqin episentrində olduqları halda sayıq olmağa, yerli media xəbərlərini izləməyə və təmkinli davranmağa çağırır.