Xəbərlər

ABŞ Silahlı Qüvvələri təlimlər keçirib

ABŞ Silahlı Qüvvələrinin zirehli diviziyasının batalyonu Şimali Koreya ilə sərhəd yaxınlığındakı poliqonda M1A2 Abrams tanklarından istifadə etməklə təlimlər keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın 8-ci ordu korpusu məlumat yayıb.

“1-ci Zirehli Briqada Döyüş Komandasının əsgərləri bir həftə ərzində M1A2 Abrams tanklarının, M109-A6 Paladin özüyeriyən toplarının və M2A3 Bradley piyada döyüş maşınlarının silahları ilə məşq edib”, – məlumatda qeyd olunub.