“Şimali Koreyanın ballistik raket buraxması gərginliyi kəskin şəkildə artırır və regionda sabitliyi pozur”.
“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett deyib.
“Birləşmiş Ştatlar Koreya Xalq Demokratik Respublikasının (KXDR) qitələrarası ballistik raket sınağını qətiyyətlə pisləyir. Bu raketin buraxılması ABŞ qüvvələri, əraziləri və ya müttəfiqlərimiz üçün təhlükə yaratmasa da, gərginliyi lüzumsuz şəkildə artırır və regionda təhlükəsizlik vəziyyətini qeyri-sabit edir”, – Savett bildirib.