Xəbərlər

ABŞ Şimali Koreyaya cavab verib

ABŞ Şimali Koreyanın Cənubi Koreya sərhədindəki hərbi bazalara 250 ədəd yeni tip taktiki ballistik raket buraxılış qurğusu yerləşdirmək qərarına münasibət bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller konfransda söyləyib.

“Biz Şimali Koreyanı təxribatçı, faydasız addımlar atmağı dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”, – Miller qeyd edib.