ABŞ ordusu Suriyada İranın dəstəklədiyi qruplaşmalardan birinin silah anbarına zərbə endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Noyabrın 26-da CENTCOM qüvvələri İrana bağlı qrupun Suriyadakı silah anbarına zərbələr endirib. Zərbə İranyönlü qüvvələr tərəfindən Suriyada ABŞ əsgərlərinə qarşı həyata keçirilən hücuma cavab olub”, – məlumatda bildirilib.