Xəbərlər

ABŞ Suriyadan olan 14 məmura viza məhdudiyyəti qoyub

ABŞ Vaşinqtonun insan haqlarının pozulması ilə əlaqəsi olduğuna inandığı 14 Suriya rəsmisinə viza məhdudiyyəti qoyub.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Bu gün ABŞ Suriyada hüquqların pozulmasında iştirakına görə Suriya rejiminin 14 rəsmisinə viza məhdudiyyəti tətbiq etmək üçün addımlar atıb”, – o bildirib.

Miller qeyd edib ki, tətbiq edilən məhdudiyyətlər 21 suriyalı məmur və onların ailələrinə qarşı 2023-cü ilin dekabrında və 2024-cü ilin martında elan edilmiş bir sıra məhdudiyyətləri tamamlayır.