Xəbərlər

ABŞ terrorizmlə mübarizədə Nigeriya Silahlı Qüvvələrinə dəstək verəcək

“ABŞ Nigeriya ordusuna terrorizmlə mübarizə üçün süni intellekt (AI) sistemlərindən istifadə etməyə kömək edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin birinci müavini Pol Din Qərbi Afrika ölkəsinə səfəri zamanı deyib.

“Premium Times” qəzeti amerikalı diplomatın sözlərindən sitat gətirib: “Biz silahlı qüvvələrdə süni intellekt sahəsində əməkdaşlıq etməyi və silahlı qüvvələrdə süni intellektdən istifadə üçün normativ baza yaratmağı planlaşdırırıq”.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, süni intellektdən istifadə orduya qərarlar qəbul etməyə və əməliyyatları daha səmərəli keçirməyə imkan verəcək.

“Premium Times” əlavə edib ki, süni intellekt kimi müasir texnologiyalar hava zərbələri zamanı hədəf seçimində səhvlərdən qaçmağa kömək edəcək.