Xəbərlər

ABŞ Türkiyəyə yeni nəsil F-16-lar verməyə razılaşıb

ABŞ Türkiyəyə yeni nəsil F-16-ların satışında müsbət addım atıb.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın Türkiyədəki səfiri Ceffri Fleyk bildirib.

“Bu gün Türkiyənin son nəsil F-16 Block 70 döyüş təyyarələrini alması və mövcud F-16 donanmasının modernləşdirilməsi istiqamətində mühüm addım atılıb. Bu, ABŞ-ın milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır”, – Fleyk deyib.

Mövzu ilə bağlı ABŞ Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər Bürosu da açıqlama yayıb.

“Birləşmiş Ştatlar Türkiyənin yalnız ən yaxın müttəfiqlərə və tərəfdaşlara verilən və indiyə qədər istehsal edilən ən qabaqcıl texnika olan yeni F-16 Block 70 döyüş təyyarələrini satın almasında əhəmiyyətli bir addım atır. Bu, ABŞ-ın Türkiyə ilə təhlükəsizlik məsələlərində tərəfdaşlığa sadiq olmasının son nümunələrindən yalnız biridir”, – Siyasi-Hərbi Məsələlər Bürosu qeyd edib.