Xəbərlər

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi verəcək

ABŞ Administrasiyası Ukraynaya 250 milyon dollar dəyərində növbəti hərbi yardım paketi ayıracaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Lyoyd Ostin bildirib.

“ABŞ Prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollar məbləğində əlavə təhlükəsizlik yardımı paketinin ayrıldığını elan edəcək”, – Pentaqon rəhbəri qeyd edib.