Xəbərlər

ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayıracaq

ABŞ Ukraynaya 500 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayıracaq.

“Füyuzat”ın məlumatına görə, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Almaniyanın Ramşteyn aviabazasında keçirilən Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə 25-ci iclasında deyib.

“Bu gün mən daha 500 milyon dollarlıq paketin ayrıldığını elan edirəm. Bu paketə Ukrayna F-16-larını dəstəkləmək üçün zenit raketləri, döyüş sursatı, “hava-yer” raketləri və digər avadanlıqlar daxil olacaq”, – Ostin bildirib.