Xəbərlər

ABŞ Ukraynaya əlavə 2 milyard dollar ayırıb

Birləşmiş Ştatlar Ukraynaya əlavə 2 milyard dollarlıq hərbi maliyyə vəsaiti ayırmaq niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.

“Əlavə etmək istərdim ki, biz Ukraynaya yeni müdafiə sənayesi fondu vasitəsilə əlavə 2 milyard dollar verəcəyik”, – Blinken qeyd edib.

Onun sözlərinə görə, fondun vəsaiti üç hissəyə bölünəcək: birincisi Kiyevi mümkün qədər tez silahla təmin etməyə, ikincisi isə Ukrayna hərbi sənaye kompleksinin bərpasına və modernləşdirilməsinə yönəldiləcək. Üçüncüsü isə digər ölkələrdən hərbi texnika almaq üçün istifadə olunacaq.

O əlavə edib ki, ABŞ-ın Ukraynaya yardım üçün yeni fondu həm Kiyevin digər ölkələrdən silah almasını, həm də Ukraynanın özünün hərbi sənaye kompleksinin inkişafını təmin edəcək.