Xəbərlər

ABŞ Ukraynaya təxminən 825 milyon dollarlıq silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynaya təxmini dəyəri 825 milyon dollar olan “Havadan Çatdırılan Sursatlar” və müvafiq logistik dəstək avadanlıqlarının satışını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

“Qərar “Havadan Çatdırılan Sursatlar” və müvafiq avadanlıqların mümkün satışının təsdiqlənməsi üçün verilib”, – məlumatda qeyd olunub.