Xəbərlər

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmi şəkildə ayrıldı

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi bəyan edib ki, Prezident Donald Trampın uzun müddətdir gündəmdə olan hədəflərindən biri reallaşıb və Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından ayrılma prosesi rəsmi olaraq başa çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN International” məlumat yayıb.

Donald Tramp ilk prezidentlik dövründə başladığı bu prosesi ikinci müddətinin ilk günündə imzaladığı sərəncamla rəsmiləşdirmişdi. ABŞ qanunvericiliyinə əsasən, təşkilatdan çıxmaq üçün ən azı bir il əvvəl rəsmi bildiriş verilməli və mövcud maliyyə öhdəlikləri tam şəkildə yerinə yetirilməlidir.