Xəbərlər

ABŞ və Böyük Britaniya Yəməndə Husilərin 8 hədəfini vurub

“Ötən gecə Yəməndə Husilərin 8 hədəfi vurulub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ və Böyük Britaniya Müdafiə Nazirlikləri açıqlama verib.

ABŞ Mərkəzi Komandanlığı hədəflərin raket sistemləri, raket buraxılış sistemləri, hava hücumundan müdafiə sistemləri, radarlar və sursat anbarları olduğunu bildirib.

“Bizim təyyarəmiz Səna aerodromunun yaxınlığındakı iki hərbi obyektə çoxsaylı hədəfləri vurmaq üçün dəqiq idarə olunan “Paveway IV” bombalarından istifadə edib. Bu yerlər Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə qəbuledilməz hücumların davam etdirilməsini təmin etmək üçün istifadə edilib”, – Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.

ABŞ Mərkəzi Komandanlığı isə qeyd edib: “Hücumların məqsədi Husilərin Qırmızı dəniz, Bab Əl Məndeb boğazı və Ədən körfəzində ABŞ və Böyük Britaniya gəmilərinə, eləcə də beynəlxalq ticarət gəmilərinə qarşı ehtiyatsız və qanunsuz hücumlarını davam etdirmək imkanlarını zəiflətməkdir”.