Xəbərlər

ABŞ və Cənubi Koreya hərbi təlimlər keçirib

Cənubi Koreya və ABŞ Şimali Koreya ilə sərhəd yaxınlığındakı poliqonda birgə canlı atəş təlimləri keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, təlimlər iyulun 22-də Poçeon poliqonunda başlayıb və avqustun 3-dək davam edəcək.