Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri canlı atəş təlimləri keçirərək, hava və yer hədəflərinə zərbələr endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Manevrlərdə Koreyanın F-35A, F-15K və KF-16, Amerikanın isə A-10 təyyarələri də daxil olmaqla 60-a yaxın təyyarə iştirak edib.
Qeyd edilib ki, manevrlər avqustun 26-dan başlayıb və üç gün davam edəcək.