Pekində keçirilən görüşdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çin Xalq Respublikasının (ÇXR) Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuşia hərbi müstəvidə mütəmadi olaraq ikitərəfli münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Hər iki ölkə rəqabətin münaqişə və qarşıdurmaya çevrilməsinin qarşısını alması üçün məsuliyyət daşımalıdır”, – məlumatda bildirilib.