Xəbərlər

ABŞ və Ermənistan gömrük sazişi imzalayıb

Ermənistan və ABŞ arasında “Gömrük orqanlarının qarşılıqlı yardımı haqqında” saziş imzalanıb.

“Füyuzatın” məlumatına görə, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

İmzalanma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms OBrayenin iştirakı ilə keçirilən strateji dialoqun ikinci görüşünün yekunlarına əsasən baş tutub.

Müqaviləni Ermənistan Dövlət Dumasının rəhbəri Rüstəm Badasyan və ABŞ səfiri Kristina Quinn imzalayıb.

Bundan əvvəl OBrayen bildirib ki, bu sənəd Brüsseldə Ermənistana verilən vədlərin bir hissəsidir.