ABŞ və Fransa donanmaları avqustun 13-də Filippin dənizində birgə hərbi təlimlər keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanması bu həftə müttəfiqimiz olan Fransa Hərbi Dəniz Qüvvələri ilə Hind-Sakit Okean regionunda müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı əlaqəni gücləndirmək üçün müntəzəm addımların bir hissəsi kimi hərbi təlimlər keçirib”, – məlumatda qeyd olunub.