Birləşmiş Ştatlar və Böyük Britaniya atom enerjisindən müdafiə məqsədləri üçün istifadə haqqında müqavilənin müddətini uzadıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Bugünkü düzəliş müqaviləni bütövlükdə genişləndirir, davamlı, uzunmüddətli əməkdaşlığa, cari və gələcək təhdidlərə cavab vermək üçün Birləşmiş Ştatlarla Böyük Britaniyanın texniki imkanlarını gücləndirməyə imkan verir”, – məlumatda qeyd olunub.