İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi Husilərin ticarət gəmilərinə qarşı hərəkətlərindən sonra ABŞ və Böyük Britaniya sözügedən silahlılara qarşı hücuma qərar verib.
“Füyuzat”ın məlumatına görə, qərar Britaniyanın baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclası zamanı qəbul edilib.
Həmçinin, ABŞ və Böyük Britaniyanın Husilərin Yəməndəki hədəflərinə qarşı hücumlar təşkil etdiyi bildirilib.
ABŞ rəsmilərinə əsaslanan açıqlamada hücumların təyyarə, gəmi və sualtı qayıqlarla həyata keçirildiyi bildirilib. Yəməndəki yerli mənbələrdən alınan məlumata görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi nöqtələrə hava zərbələri endirib. Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın hücumlara dəstək verdiyi açıqlanıb.