Xəbərlər

ABŞ və İordaniya Qəzzaya yardım edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birgə Qəzzaya ərzaq yardımı çatdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə CENTCOM açıqlama verib.

“ABŞ Mərkəzi Komandanlığı və İordaniya Kral Hərbi Hava Qüvvələri 30 aprel 2024-cü il tarixində Qəzzada davam edən qarşıdurmadan zərər çəkmiş mülki şəxslərə zəruri yardım göstərmək üçün Qəzzanın şimalında humanitar hava əməliyyatı həyata keçirib. ABŞ-ın C-130 təyyarələri Qəzzaya 25 000-dən çox yemək paketi ataraq mülki şəxslərə humanitar yardım göstərib”, – açıqlamada qeyd edilib.

Həmçinin açıqlamada ABŞ-ın bu günə qədər Qəzzaya təxminən 1140 ton humanitar yardım göstərdiyi bildirilib.