Xəbərlər

ABŞ və Meksika arasında razılıq əldə olunub

“Qeyri-qanuni miqrasiya səbəbindən bağlanan Meksika sərhədindəki keçid məntəqələrinin açıq saxlanılması üçün ABŞ ilə razılıq əldə edildi”.

“Füyuzat”ın məlumatına görə, bunu Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra söyləyib.

“Vəziyyətin normallaşması üçün razılıq əldə olundu, dəmir yolu keçidləri və sərhəd körpüləri açılmağa başladı. Həmçinin sərhəd körpülərində hər gün daha da fəallıq olur”, – Obrador əlavə edib.