Xəbərlər

ABŞ və Meksikanın xarici işlər nazirləri sərhəd təhlükəsizliyini müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio ilə Meksikanın yeni xarici əlaqələr naziri Xuan Ramon de la Fuente arasında telefon danışığı olub. Tərəflər ABŞ-Meksika sərhədinin təhlükəsizliyini müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

İki ölkə arasında sərhəd təhlükəsizliyinin müzakirə edildiyi görüşdə xarici siyasət xadimləri ABŞ-a fentanilin axınının qarşısının alınması, həmçinin qeyri-qanuni miqrantlarla bağlı bəzi məsələləri müzakirə ediblər.

Verilən məlumata görə, Rubio Meksikaya ABŞ sərhədinə 10 min əsgər göndərdiyinə görə təşəkkür edib.