ABŞ dövlət katibi Marko Rubio və Misirin xarici işlər naziri Bədr Abdel Atti bazar ertəsi Vaşinqtonda keçirilən görüşdə Qəzza zolağında idarəetmə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rubio Qəzzada münaqişədən sonrakı idarəçilik və təhlükəsizlik planlarının həyata keçirilməsi üçün sıx əməkdaşlığın vacib olduğunu vurğulayıb.