Xəbərlər

ABŞ və NATO Əfqanıstanda hərbi infrastruktur yerləşdirməməlidir

Birləşmiş Ştatlar və Şimali Atlantika Alyansı yenidən Əfqanıstanda hərbi infrastruktur yerləşdirməyə cəhd etməməli, həmçinin ölkənin mövcud sosial-iqtisadi çətinliklərinə görə məsuliyyəti öz üzərinə götürməlidir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin tərəfindən imzalanan tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanatda bildirilib.

“Tərəflər vurğulayırlar ki, Əfqanıstanın 20 illik işğalına görə məsuliyyət daşıyan Birləşmiş Ştatlar və NATO bir daha orada və ona bitişik regionda hərbi infrastruktur yerləşdirməyə cəhd etməməli, Əfqanıstanın mövcud sosial-iqtisadi çətinliklərinə görə əsas məsuliyyəti öz üzərinə götürməyə borcludurlar. Ölkənin münaqişədən sonrakı bərpasına dəstəyini təsdiqləyəcək və dondurulmuş Əfqanıstan milli ehtiyatlarının açılması üçün bütün lazımi tədbirləri görəcək”, – bəyanatda qeyd edilib.