Xəbərlər

ABŞ və Polşa müdafiə nazirləri Ukraynaya yardımı müzakirə ediblər

ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış cümə axşamı Polşa Silahlı Qüvvələrinin modernləşdirilməsini və Ukraynaya yardımı müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

Məlumata görə, Vaşinqtonda keçirilən görüşdə nazirlər Polşanın müdafiə qabiliyyətinin modernləşdirilməsi, “Patriot” hava hücumundan müdafiə sistemi üçün buraxılış qurğularının birgə istehsalına dair son razılaşma barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, tərəflər Ukraynaya sonrakı yardımları da müzakirə ediblər.