Xəbərlər

ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Ukraynanı müzakirə ediblər

Rusiya Baş Qərargah rəisi general Valeri Gerasimov və amerikalı həmkarı general Çarlz Braun noyabrın 27-də Ukraynadakı münaqişə də daxil olmaqla bir sıra təhlükəsizlik məsələlərini müzakirə etmək üçün telefon danışığı aparıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ABC News” məlumat yayıb.

“Baş Qərargah rəisi general Braun noyabrın 27-də Rusiya Müdafiə Nazirliyinin tələbi ilə Rusiya Baş Qərargahının rəisi general-mayor Valeriy Gerasimov ilə telefon danışığı apardı. Tərəflər Ukraynada davam edən münaqişə də daxil olmaqla bir sıra qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər”, – məlumatda bildirilib.