Xəbərlər

ABŞ və Türkiyə Suriyada nizamlanma ilə bağlı razılığa gəlib

“ABŞ və Türkiyə Suriyadakı böhranın həlli və ölkənin gələcəyi ilə bağlı razılığa gəlib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

O, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündən sonra deyib: “Məncə, ABŞ və Türkiyə arasında Suriyada dünyəvi bir hökumətdən başlayaraq gələcəkdə nə görmək istədiyimizlə bağlı geniş razılıq var”.

Dövlət katibi ümid etdiyini bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları hər hansı ekstremist qruplarla əməkdaşlıqdan imtina edəcək və qonşuları üçün təhlükə yaratmayacaq.

Dövlət katibinin sözlərinə görə, Suriyanın gələcək hökumətinin işi xüsusilə qadınların, eləcə də etnik və dini azlıqların hüquqlarının qorunmasına yönəlməlidir.