Vaşinqton Kiyevlə Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun uzunmüddətli hədəflərini müzakirə edir.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.
“Kurskda onların uzunmüddətli məqsədlərinə gəlincə, biz hələ də onlarla (Ukrayna tərəfi ilə – red.) bu məsələni müzakirə edirik”, – Rayder qeyd edib.