Xəbərlər

ABŞ və Ukrayna müdafiə nazirləri bəzi məsələləri müzakirə edib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə döyüş meydanındakı vəziyyəti və Qərbin Kiyevə hərbi yardımı məsələlərini müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

O qeyd edib ki, iki ölkənin müdafiə nazirləri döyüş meydanındakı dinamika və Ukraynanın həyata keçirdiyi əməliyyatlar haqqında danışıblar.

Bundan əlavə, onlar Ukraynaya hərbi yardım üzrə təmas qrupunun qarşıdan gələn növbəti görüşünə də toxunublar.