Xəbərlər

ABŞ və Yaponiyanın gələcək təhlükəsizlik müşavirləri görüşüb

Yaxın vaxtlarda Yaponiyanın Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edəcək Yaponiya xarici işlər nazirinin müavini Masataka Okano ABŞ-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, görüş yanvarın 12-də Floridada baş tutub.

Görüşdə Yaponiya ilə ABŞ arasında əməkdaşlıq sahələri, habelə beynəlxalq ictimaiyyətin üzləşdiyi problemlər haqqında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı müzakirə olunan konkret mövzular açıqlanmayıb.