Xəbərlər

ABŞ vətəndaşlarını Livandan çıxarmaq üçün plan hazırlayıb

ABŞ Prezidenti Co Bayden administrasiyası hərbi əməliyyatların artması riski və vəziyyətin daha da kəskinləşməsi səbəbindən vətəndaşlarını Livandan çıxarmaq üçün plan hazırlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” Pentaqon nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hakimiyyət orqanları evakuasiya üçün bir neçə plan hazırlayıb ki, onlardan biri təxminən 50 min ABŞ vətəndaşının Kiprə təxliyyə edilməsini nəzərdə tutur.