Xəbərlər

ABŞ Yaponiyanın müdafiə təlimlərində iştirakını artıracaq

“ABŞ Dəniz Piyadaları Korpusu Yaponiya adalarının müdafiəsi üçün birgə hərbi təlimlərdə iştirakını gücləndirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Stars and Stripes” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“ABŞ-ın Üçüncü Dəniz Ekspedisiya Qüvvələri Hind-Sakit okean regionunda uzaq adaların müdafiəsinə həsr olunacaq illik “Yama Sakura” təlimində iştirak etmək üçün təxminən 140 dəniz piyadasını göndərəcək. Manevrlərdə avstraliyalı hərbçilər də iştirak edəcək. Təlimlər Yaponiyanın Kumamoto prefekturasındakı Camp Asaka və Camp Kengun bazalarında keçiriləcək”, – məlumatda bildirilib.