Xəbərlər

ABŞ: Yaxın Şərqdə genişmiqyaslı regional müharibə qaçılmazdır

“ABŞ Yaxın Şərqdə genişmiqyaslı regional müharibənin qaçılmaz olduğuna inanır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsünün müavini Sabrina Sinq məlumat yayıb.

Sinq İranın İsrailə hücumunun qaçılmaz olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Bunu qətiliklə görmək istəmirik, ancaq Yaxın Şərqdə daha genişmiqyaslı regional müharibənin qaçılmaz olduğuna inanırıq”.

Sinq qeyd edib ki, onlar regionda gərginliyi azaltmağın ən yaxşı yolunun Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi və amerikalı məhbusların evlərinə qaytarılması olduğunu düşünürlər.