ABŞ Müdafiə Nazirliyi İsrail və Hizbullah hərəkatı arasında münaqişə yaranacağı təqdirdə amerikalıları bölgədən çıxarmaq üçün Yaxın Şərqə əlavə hərbçilər göndərməyi planlaşdırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “NBC” televiziyası Pentaqonun üç rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, hazırda Yaxın Şərqdə 40 minə yaxın Amerika əsgəri yerləşdirilib.