Xəbərlər

ABŞ Yəməndə beş yeraltı silah anbarına zərbələr endirib

ABŞ qüvvələri Husilərin nəzarətində olan Yəməndə beş yeraltı silah anbarına hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yazılı bəyanatında bildirilir.

“Bu gün ABŞ Silahlı Qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançıları Yəmənin Husilərin nəzarəti altında olan beş istehkamlı yeraltı silah anbarına yüksək dəqiqlikli zərbələr endiriblər”, – ABŞ hərbi departamentinin rəhbəri deyib.