“ABŞ, onun müttəfiqləri və tərəfdaşları döyüşlərdə Amerika F-16 qırıcı-bombardmançı təyyarələrini idarə etmək üçün daha çox ukraynalı pilota təlim keçməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.
“F-16 proqramına gəlincə, biz Ukrayna Hərbi Hava Qüvvələrinin potensialını artırmaq üçün beynəlxalq koalisiya liderlərindən biriyik. Təbii ki, digər ölkələr ukraynalı pilotları qəbul edib və onlara təlim keçməyə davam edir, mən indi konkret rəqəmlərə toxunmayacağam, amma düşünürəm ki, siz proqram çərçivəsində baş verən bütün təlim proseslərindən yaxşı xəbərdarsınız. Koalisiya daha çox pilot yetişdirmək üçün işləməyə davam edir”, – Sinq əlavə edib.