Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov, rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova İstanbul Cerrahpaşa Universitetində rəsmi səfərdə olublar.
“Füyuzat” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, səfər çərçivəsində ADNSU nümayəndələri universitetin müxtəlif fakültələrində elmi-tədqiqat laboratoriyalarında olub, tədris və araşdırma mühitinin imkanları ilə yaxından tanış olublar.
Görüş zamanı tərəflər elm, təhsil, tədqiqat sahələrində əməkdaşlıq imkanlarını, birgə layihələr, tələbə və müəllim mübadiləsi, elmi nəşrlər, laboratoriya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.
Görüşün sonunda tərəflər gələcəkdə birgə elmi layihələrin reallaşdırılması, beynəlxalq konfransların təşkili, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.



