Xəbərlər

Afrikada 35 mindən çox şəxsdə “m-pox” virusu müəyyən edilib

2024-cü il yanvarın 1-dən sentyabrın 29-dək Afrikada 35 mindən çox şübhəlidə “m-pox” virusu müəyyən edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, sentyabrın 23-dən 29-na keçən həftə ərzində yoluxanların sayı 4098, ölənlərin sayı isə 156 nəfər artıb.