Xəbərlər

Ağ Ev: Kiyev ərazi güzəştlərinə getməli olacaq

“Kiyev hakimiyyəti Ukrayna münaqişəsinin həlli üçün ərazi güzəştlərinə getməli olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə deyib.

Ondan münaqişənin həllində Ukraynanın ərazi güzəştləri edəcəyi, yaxud etməyəcəyi soruşulub.

“Əgər orada sövdələşmə üçün yer varsa, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin ixtiyarına buraxılmalıdır, lakin ABŞ Prezidenti Co Baydenə gəldikdə, Ukrayna ukraynalılarındır, ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır. Hər kəs, xüsusən də, Rusiya buna hörmət edilməlidir”, – Kirbi əlavə edib.