Xəbərlər

Ağ Ev: Qəzza ilə bağlı razılaşma əldə oluna bilməyib

“Cümə axşamı Dohada keçirilən danışıqlarda Qəzza zolağında atəşkəs razılaşması əldə olunmayacaq, lakin Qətərdəki görüş ümidverici başlanğıc idi”.

“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Hələ görüləsi çox iş var və razılaşmanın mürəkkəbliyini nəzərə alaraq, biz bu gün danışıqlarda razılığın əldə olunacağını gözləmirik. Əslində, danışıqların sabah da davam etdiriləcəyini gözləyirik”, – o bildirib.

“Bu gün perspektivli bir başlanğıcdır və danışıqlar irəlilədikcə bu gün və sabah daha çox hesabat verəcəyik”, – Kirbi əlavə edib.