ABŞ Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.
“Siyasətimizdə heç bir dəyişiklik yoxdur. Prezident bir neçə həftə əvvəl Ukraynaya göstəriş vermişdi ki, onlar ABŞ-ın təchiz etdiyi silahlardan sərhəddəki hədəflərə zərbə endirmək üçün istifadə edə bilərlər. Bu, hələ də belədir”,- deyə Con Kribi bildirib.
Mayın 31-də ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, prezident Co Bayden Rusiya daxilinə zərbələr üçün ABŞ-ın verdiyi silahlardan istifadə etmək üçün Ukraynaya icazə verib. Onun sözlərinə görə, onlardan yalnız Rusiyanın Xarkovla həmsərhəd rayonlarına hücum etmək üçün istifadə oluna bilər. Bununla belə, Blinken gələcəkdə hədəflərin genişləndirilməsinin mümkünlüyünü istisna etməyib.