“Əgər Vaşinqtonun yeni administrasiyası Kiyevə kömək etməyə hazır olduğu barədə bəyanatlarımızdan geri çəkilərsə, Ukraynanın Rusiya ilə potensial danışıqlarda mövqeyi zəifləyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan şıxışı zamanı deyib.
“ABŞ-ın hazırkı və sonrakı administrasiyası Ukraynaya kömək etməli, onu özünü qorumaq üçün lazımi vasitələrlə təmin etməlidir. Çünki bu danışıqlar masasında yaxşı nəticə əldə etmək üçün əsas olacaq. Əgər biz bunu qəbul etsək və bu təfərrüat olmadan sövdələşmə bağlayacağımızı desək, Ukrayna danışıqlarda pis vəziyyətə düşəcək”, – o əlavə edib.